sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Myanmada 5,0 maqnitudalı zəlzələ baş verib
Myanmada Hindistanla sərhəd yaxınlığında 5,0 maqnitudalı yeni zəlzələ baş verib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mandalay şəhərindən 16 km cənub-şərqdə, zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ qurbanlarının sayı 2,7 mini ötüb.
Oxşar xəbərlər
Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb
Myanmada bir həftəlik milli matəm elan edilib
Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib
Çilidə 5,7 maqnitudalı zəlzələ baş verib
Texasda 5 maqnitudalı zəlzələ baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













