sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb
Banqladeşdə iğtişaşlar nəticəsində ən azı 300 nəfərin öldüyü bildirilir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
"Bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalar nəticəsində ölənlərin ümumi sayı ən azı 300 nəfərə çatıb", - məlumatda qeyd olunub.
“Daily Star” qəzetinin daha əvvəl veridiyi məlumata əsasən, ölənlərin 14-ü polis əməkdaşıdır.
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.
Oxşar xəbərlər
Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb
Banqladeşdə iğtişaşlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb - YENİLƏNİB
Banqladeşdə tələbə etirazları yenidən başlayıb
Banqladeşdə etirazçılarla polis arasında yenidən toqquşmalar başlayıb
Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













