Mozambikdə həftə ərzində hökumət əleyhinə etirazlarda 134 nəfər ölüb
Mozambikdə müxalifətin hökumət əleyhinə təşkil etdiyi kütləvi nümayişlər nəticəsində həftənin əvvəlindən azı 134 nəfər ölüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Lusa" agentliyi müxalif "Decide" qeyri-hökumət təşkilatına istinadən məlumat yayıb.
Oktyabrın 24-də başlayan iğtişaşlar zamanı ölənlərin sayı 261 nəfərə çatıb, yaralı sayı 573 nəfərdir.
Qeyd edilir ki, həftə ərzində 161 nəfər saxlanılıb. Son iki ayda saxlanılanların sayı 4 199 nəfərdir.
Mozambikin "Notisias" qəzetinin məlumatına görə, müxalifətin törətdiyi iğtişaşlar ölkədə xaosa və geniş dağıntılara səbəb olub. Etiraz aksiyaları yolların bağlanması, yanan təkərlərdən barrikadaların qurulması, dövlət və şəxsi mülkiyyətin dağıdılması ilə müşayiət olunur.
Oxşar xəbərlər
Nigeriyada iğtişaşlarda ölənlərin sayı 14 nəfərə çatıb
Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb
Mozambikdə həbsxanadan 6 minə yaxın təhlükəli cinayətkar qaçıb
Mozambikdə seçkilərin nəticələrinin açıqlanmasından sonra azı 21 nəfər ölüb
Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
