Konqoda həbsxanada iğtişaşlar zamanı 129 nəfər ölüb
Konqo Demokratik Respublikasında Makala həbsxanasından qaçmağa cəhd edən 129 məhbus ölüb, 59 nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının baş nazirinin müavini, daxili işlər və təhlükəsizlik naziri Jakmen Şabani “X” sosial şəbəkəsində hesabında paylaşım edib.
Onun sözlərinə görə, yanğınlar nəticəsində bir sıra inzibati obyektlər və ərzaq anbarları sıradan çıxıb.
İlkin məlumatlara görə, 129 nəfər, o cümlədən xəbərdarlıqdan sonra 24 nəfər güllə yarasından, qalanları isə əzilmə və ya boğulma nəticəsində ölüb. Bundan əlavə, 59 nəfər yaralanıb.
O əlavə edib ki, hökumət ölənlərin ailələrinə başsağlığı verir. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Demokratik Konqoda gəmi qəzasından sonra 200-dən çox insan itkin düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
