BMT: Afrika və Qərbi Asiyada ac insanların sayı artır
Az qidalanmadan əziyyət çəkən dünya əhalisinin sayı son bir ildə 673 milyon nəfərə qədər azalıb, lakin Afrika və Qərbi Asiyada ac insanların sayı artır.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti ilə bağlı dərc etdiyi hesabatda bildirilir.
“2024-cü ildə dünya əhalisinin 8,2 %-i və ya təqribən 673 milyon insan aclıqdan əziyyət çəkib, 2023-cü ildə bu göstərici 8,5 %, 2022-ci ildə isə 8,7 % olub”, - mətndə bildirilir. Qeyd olunur ki, bu müsbət tendensiya “Afrika və Qərbi Asiyada ac insanların sayının davamlı artması ilə kəskin şəkildə ziddiyyət təşkil edir”. 2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən əhalinin xüsusi çəkisi 20 %-i və ya 307 milyon nəfəri keçib. Qərbi Asiyada bu, 12,7 % və ya 39 milyon nəfərdən çox idi.
Hesabatda 2030-cu ilə qədər 512 milyon insanın xroniki qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır. Ac insanların demək olar, 60 %-i Afrikada olacaq.
Oxşar xəbərlər
BMT: Nigeriyada aclıq çəkənlərin sayı 2025-ci ildə 33 milyon nəfərə çatacaq
İsrail əhalisinin sayı 2024-cü ildə 10 milyonu keçib
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
