Orban: Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır
sizinxeber.az xəbər saytı

Orban: Üçüncü dünya müharibəsi təhlükəsi durmadan artır


Beynəlxalq vəziyyətin kəskinləşməsi üçüncü dünya müharibəsinə çevrilə biləcək qlobal münaqişə ehtimalını artırır.

“Report” xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rumıniyanın Beile-Tuşnad şəhərində bildirib.

O vurğulayıb ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra qlobal münaqişə ehtimalı azalsa da, tamamilə aradan qalxmayıb.

"Gərginliyin artmasına səbəb olan amillər arasında beynəlxalq münaqişələrin sayının artmasını, silahlanma yarışını, ticarət məhdudiyyətlərinin və iqtisadi sanksiyaların güclənməsini, dünyanın hərbi bloklara bölünməsini və kasıb ölkələrdən daha inkişaf etmiş regionlara miqrasiyanın artmasını göstərmək olar", - baş nazir qeyd edib.

V.Orban əmindir ki, NATO sammitindən sonra alyansla Rusiya arasında hər hansı silahlı münaqişənin üçüncü dünya müharibəsinə gətirib çıxaracağından ehtiyatlanan əksəriyyət formalaşır. O, belə bir eskalasiyaya yol verməməyə çağırıb.

Oxşar xəbərlər

Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
Viktor Orban: Aİ xarici siyasətinə yenidən baxmalıdır
Orban: Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq
Viktor Orban: İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq
Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər