Sahil Babayev: "Xaricdən cəlb edilmiş kredit üzrə 334 milyon manatlıq qənaət portfeli var"
Azərbaycanın xaricdən cəlb etdiyi kreditlər üzrə 334 milyon manatlıq qənaət portfeli var.
"Sizinxeber.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Əsaslı xərclərdə qənaətimiz daha çox bununla bağlıdır. Bu da beynəlxalq maliyyə institutlarının prosedur qaydalarından irəli gələn və onlarla bağlı həyata keçirilən layihələrin dövlət büdcəsi layihələrinə nisbətən daha uzun müddət tələb etməsindən irəli gəlir. Ona görə, hər zaman biz bunu ehtiyatla daha yüksək rəqəm olaraq müəyyən edirik. İl ərzində bu istiqamətdə 1 milyarda yaxın vəsait qoyulmuşdu ki, o vəsait də cəlb edə bilsələr, istifadə edilsin. Eyni zamanda digər cari xərclər üzrə təqribən bizim ehtiyatlarımız var. Dövlət borcuna xidmətlə bağlı isə 300 milyon manatlıq qənaətimiz formalaşıb. Bu da ondan irəli gəldi ki, bahalı borclar restrukturizasiya edilib, dövlət büdcəsinin və dövlət xəzinədarlığının borclanmasının aylar üzrə bölgüsünə yenidən baxılıb. Belə ki, daha çox ehtiyac olan dövrə tərəf sürüşdürmə olub və bunların nəticəsində və eyni zamanda bizim əldə etdiyimiz sərbəst vəsaitlərin depozitlərə investisiya edilməsi ilə əlavə gəlirlərimiz yarandığına görə bir sıra borclanmalar gecikdirilib", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda ötən il əməyin ödənişi xərcləri proqnozdan 426 milyon az icra edilib
Maliyyə naziri: "Regionların büdcədən asılılığı daha da azalıb"
Sahil Babayev: "Ötən il büdcə xərclərinin 98 %-i xəzinə müşayiətinə cəlb edilib"
Maliyyə naziri: "Azərbaycan neft qiymətlərini dayanıqlı, sağlam və konservativ proqnozlaşdırır"
Azərbaycan ötən il xarici maliyyə institutlarının səhm kapitalında iştiraka 6 milyon manat yönəldib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
