Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir
Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib.
Onun sözlərinə görə, iyulun 24-dən bəri Tailand qoşunları təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də məktəblər, yanacaqdoldurma məntəqələri və yaşayış məntəqələri də daxil olmaqla mülki obyektlərə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatları və hərbi texnikadan, o cümlədən F-16 qırıcıları və kaset bombalarından istifadə edilib.
Bununla yanaşı, Tailand Kambocada Kaxkonq və Pousat əyalətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib və Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib. "Bu addımlar Tailandın münaqişəni genişləndirmək və Kambocanın ərazi suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir", - Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
Kambocanın hücumu nəticəsində Tailandda iki nəfər həlak olub - YENİLƏNİB-3
Kambocanın hücumu nəticəsində Tailandda 12 nəfər həlak olub - YENİLƏNİB-4
Tailandın Hərbi Hava Qüvvələri Kambocaya zərbə endirib - YENİLƏNİB-2
Tailand Kamboca ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb
Kambocanın endirdiyi zərbələr nəticəsində Tailandda 15 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













