Fransalı nazir avtomobil istehsalçısından rüşvət almaqda ittiham olunur
Fransanın mədəniyyət naziri Raşida Dati Avropa Parlamentinin üzvü olduğu dövrdə korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamları ilə məhkəmə qarşısına çıxacaq.
"Sizinxeber.az"un Avropa bürosunun fransız mediasına istinadən məlumatına görə, gələn il Parisin meri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdıran Dati "Renault-Nissan" avtomobil konserninin maraqlarını lobbçilik etməkdə ittiham olunur. İddialara əsasən, siyasətçi 2010-2012-ci illərdə avtokonsernin Niderlanddakı törəmə şirkətindən hüquqi xidmətlər üçün təxminən 1 milyon avro məbləğində qonorar alıb. Halbuki Dati əslində heç bir xidmət göstərməyib. Həmin dövrdə o Avropa Parlamentinin deputatı olub (2009-2019).
Məhkəmə orqanlarındakı mənbə bildirir ki, Fransa hakimlər həmçinin "Renault-Nissan"ın keçmiş rəhbəri Karlos Qonu da məhkəməyə cəlb etmək qərarına gəliblər.
71 yaşlı Qon Yaponiyada həbsdən qaçdıqdan sonra bir neçə ildir Livanda yaşayır və Dati kimi, ona qarşı irəli sürülən ittihamları rədd edir.
Məhkəmə dinləmələri sentyabr ayının sonuna təyin olunub. Bununla belə, bəzi mənbələr məhkəmənin Parisdə bələdiyyə seçkilərindən sonraya təyin edilə biləcəyinə işarə edirlər.
Bundan əlavə, Dati Parisin rayonlarından birini təmsil etmək üçün keçmiş baş nazir Mişel Barnyeyə qarşı Fransanın Milli Assambleyasına gözlənilən əlavə seçkilərdə iştirak etmək imkanını nəzərdən keçirir.
Şimali Afrikadan olan immiqrant fəhlələrin qızı olan Raşida Dati dəfələrlə ittihamların götürülməsinə nail olmağa cəhd edib, lakin uğursuz olub. "İşin cinayət məhkəməsinə verilməsinə baxmayaraq, Raşida Dati hökumətdə qalacaq", - deyə prezident Emmanuel Makronun yaxınları bildirib.
Oxşar xəbərlər
Fransa Prokurorluğu mədəniyyət nazirinin mühakimə olunmasını tələb edib
Prokurorluq Fransanın mədəniyyət nazirinin mühakimə olunmasını tələb edib
Krasnoyarsk meri böyük məbləğdə rüşvət almaqda ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
