Dövlət Departamenti: ABŞ Cənubi Koreyanın müdafiə qabiliyyətini gücləndirəcəyinə əmindir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Cənubi Koreyanın müdafiə qabiliyyətini gücləndirmək üçün səy göstərəcəyini gözləyir.
"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Minyon Hyuston "Yonhap" agentliyinə müsahibəsində deyib.
"Cənubi Koreya güclü və bacarıqlı tərəfdaşdır. Prezident hesab edir ki, Cənubi Koreya özünün müdafiə qabiliyyətini ən yüksək səviyyədə təkmilləşdirməyə qadirdir. Bizə lazım olan budur", - Hyuston bildirib.
Diplomat əmin edib ki, Birləşmiş Ştatlar Cənubi Koreya ilə hərbi əməkdaşlığı davam etdirməyə hazırdır və risklərin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək.
Tramp administrasiyasının Cənubi Koreyadan müdafiə xərcləri və hərbi imkanlarını artırmaqla bağlı gözləntiləri Çindən gələn təhdidlər fonunda gündəmə gəlib.
Oxşar xəbərlər
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır
ABŞ və Cənubi Koreya hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır
Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib
Cənubi Koreya və ABŞ diplomatları Münxendə danışıqlar planlaşdırırlar
Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
