ABŞ və Cənubi Koreya hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır
Amerika Birləşmiş Ştatları və Cənubi Koreya Asiya-Sakit Okean regionunda hərbi əməkdaşlığın genişləndirilməsini planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Austin Cənubi Koreyadan olan həmkarı Kim Yon Hyon ilə Pentaqonda keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu gün nazir Kim və mən regionda ümumi dəyərlər və maraqlara əsaslanan əməkdaşlığımızın genişləndirilməsi üzrə çərçivə razılaşmasını dəstəklədik", - amerikalı nazir bildirib. O, bu barədə ətraflı məlumat verməyib.
"Bu gün nazir Kimi ABŞ-nin Cənubi Koreyanın müdafiəsinə tamamilə sadiq qaldığını, genişləndirilmiş deterrent öhdəliklərimizin hələ də dəyişməz olduğunu əmin etdim. Bu öhdəliklər ABŞ-nin qeyri-nüvə raket müdafiəsi, nüvə və müasir qeyri-nüvə potensialı üzrə bütün güc və vasitələrinə əsaslanır. Bundan əlavə, Cənubi Koreya ilə müttəfiqlərlə genişmiqyaslı təlimlərin keçirilməsinə qayıtmışıq ki, bu da birgə hazırlığı və əməliyyat uyğunluğunu gücləndirir", - Ostin qeyd edib.
Qeyd edək ki, 31 oktyabrda Vaşinqtonda ABŞ və Cənubi Koreyanın xarici siyasət və müdafiə nazirliklərinin rəhbərlərinin iştirakı ilə "2 + 2" formatında danışıqlar keçiriləcək.
Oxşar xəbərlər
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır
Cənubi Koreya Rusiyadan uran yanacağının alışını azaldacaq
Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
