Böyük Britaniyada məktəb avtobusu aşıb: bir uşaq ölüb, yaralılar var
Böyük Britaniyada məktəb avtobusunun aşması nəticəsində bir uşaq ölüb, iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, sözügedən avtobusla məktəblilər ekskursiyadan qayıdırmış. Həmin vaxt avtobus trasdan çıxaraq aşıb.
Hadisə Somerset qraflığının ərazisində baş verib. Avtobusda ümumilikdə 70-dək məktəbli olub.
Ciddi xəsarət alan iki məktəbli dərhal tibbi helikopterlə xəstəxanaya çatdırılıb. Ümumilikdə isə 21 məktəbliyə tibbi müdaxilə lazım olub. Bəzilərinin xəsarətləri ciddidir.
"Daily Telegraph" yazır ki, Meynhed orta məktəbində oxuyan uşaqlar 9-14 yaşlı məktəblilərdir.
Artıq Böyük Britaniyanın baş naziri Kir Starmer və Nazirlər Kabinetinin bəzi üzvləri baş verən hadisə ilə bağlı başsağlığı ünvanlayıb.
Oxşar xəbərlər
ABŞ-də məktəb avtobusu aşıb, xəsarət alanlar var
Sivasda sərnişin avtobusu aşıb, ölənlər və yaralananlar var
Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Pakistanda avtobus dərəyə aşıb, 25 nəfər ölüb
Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












