Rubio: Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində prioriteti danışıqlardır
sizinxeber.az xəbər saytı

Rubio: Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində prioriteti danışıqlardır


ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirlərinə bildirib ki, prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsində prioriteti danışıqlar yolu ilə davamlı nizama nail olmaqdır.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

"Bu gün ABŞ dövlət katibi Marko Rubio Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə sabitliyin gücləndirilməsi, həmçinin İranın nüvə silahı yaratmasının və ya əldə etməsinin qarşısının alınması məsələlərini müzakirə edib. Rusiya ilə Ukrayna arasındakı müharibəyə gəlincə, dövlət katibi vurğulayıb ki, prezident Trampın prioriteti danışıqlar yolu ilə davamlı nizam vasitəsilə müharibənin dayandırılması olaraq qalır", - bəyanatda qeyd olunur.

Oxşar xəbərlər

Dövlət Departamenti: Rusiya-Ukrayna münaqişəsinə son qoymaq Trampın prioriteti olaraq qalır
Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Rubio: ABŞ-ın Ukrayna ilə bağlı əsas prioriteti münaqişənin dərhal dayandırılmasıdır
Rubio: Avropa Rusiya-Ukrayna müharibəsinə son qoymalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər