Braziliya Prezidenti: ABŞ əvəzinə başqa tərəfdaşlar tapacağıq
Braziliya ixracatını yönləndirəcək və ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edən ABŞ əvəzinə yeni tərəfdaşlar tapacaq.
"Sizinxeber.az" “TV Record” telekanalına istinadən xəbər verir ki, bu barədə prezident Luis İnasiou Lula Da Silva avqustun 1-dən ABŞ-nin Braziliya mallarına 50 % rüsum tətbiq olunduğunu elan etdikdən sonra bildirib.
"Braziliyanın ABŞ ilə ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edir. Bu göstəriciləri Braziliya iqtisadiyyatı üçün həyati adlandırmaq olmaz, - o, müsahibəsində qeyd edib.
"Bizbaşqa tərəfdaşlar axtaracağıq", - dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, Braziliya ABŞ ilə münasibətləri qiymətləndirir, lakin suverenliyinin zərərinə deyil.
"Biz qarşılıqlı prinsipə əməl etməkdən imtina etməyəcəyik. Ancaq hələ də razılığa gəlməyə çalışacağıq", - Lula da Silva vurğulayıb. O, Braziliya məhsullarının Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) ölkələrinə tədarükü üçün müqavilələr bağlamağı gözləyir. Bu məqsədlə Prezident oktyabr ayında ASEAN sammitində iştirak edəcək.
Oxşar xəbərlər
Lula da Silva: Braziliya ABŞ-ın əvəzinə yeni ticarət tərəfdaşları tapacaq
Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
Braziliya Prezidenti xəstəxanadan buraxılıb
Braziliya Venesuelaya qarşı birtərəfli sanksiyaları dəstəkləməyib
Braziliya Prezidentinə labirintit diaqnozu qoyulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
