Polşada fırtına və daşqınlar nəticəsində bir sıra evlər dağılıb
sizinxeber.az xəbər saytı

Polşada fırtına və daşqınlar nəticəsində bir sıra evlər dağılıb


Fırtınalar və güclü küləklər Polşada binaların dağılmasına və ağacların aşmasına səbəb olan daşqına səbəb olub.

“Sizinxeber.az”un xəbərinə görə, bu barədə iyulun 7-də “Gazeta.pl” portalı məlumat yayıb.

Polşanın bir çox bölgələrində çoxlu dağıntılar olub. Boxnya və Bjesko bölgələrində fırtına səbəbindən ağaclar aşıb və lokal daşqın baş verib. Həmçinin bir sıra binaların damları da zədələnib", - portalın məlumatında deyilir.

Karpatətrafı voyevodluğun sakinlərinin elektriksiz qaldıqları da bildirilir.

"Yanğınsöndürənlər qırılan budaqları və ağacları yollardan, səkilərdən, evlərdən və elektrik xətlərindən təmizləyiblər", - portal bildirib.

Oxşar xəbərlər

Polşada daşqınlar nəticəsində azı 9 nəfər ölüb
Estoniyanın 11 mindən çox sakini fırtına səbəbindən elektriksiz qalıb
ABŞ-də güclü fırtına azı beş nəfərin ölümünə səbəb olub
Pakistanda fırtına nəticəsində 10 nəfər ölüb, onlarla insan xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər