Özbəkistan ilk dəfə FAO Şurasına üzv seçilib
sizinxeber.az xəbər saytı

Özbəkistan ilk dəfə FAO Şurasına üzv seçilib


İtaliyanın paytaxtı Romada iyulun 4-də keçirilən seçkilərdən sonra Özbəkistan ilk dəfə yekdilliklə 2028-2029-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şurasına üzv seçilib.

Bu barədə “Sizinxeber.az” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, Şuraya üzvlük Özbəkistana qlobal ərzaq siyasətinin inkişafında iştirak etməyə, milli təşəbbüs və layihələri təşviq etməyə və əlavə resurslar cəlb etməyə imkan verəcək.

Qeyd edək ki, Şura üç il müddətinə seçilən 49 üzv dövlətdən ibarətdir. O, büdcəni, FAO proqramlarını nəzərdən keçirir və əsas qərarlar və tövsiyələr verir.

Oxşar xəbərlər

Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçilib
Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
Lahor 2027-ci il üçün ECO-nun ekoturizm paytaxtı seçilib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndidə ECO sammitində iştirak edəcək
Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər