İlon Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb
Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlük verilib.
APA-nın məlumatına görə, 80 faiz respondent bu ada üstünlük verib. Prosesdə iştirak edən 5,6 milyon nəfərin 20 faizi isə bu variantı dəstəkləməyib.
İlon Mask “X” hesabında kriptovalyuta ticarəti ilə məşğul olan Mario Naufalın sorğu barədə fikirlərini də paylaşıb.
Belə ki, M. Naufal 80 faiz repondenti ikipartiyalı sistemdən yorulduğunu yazıb.
M. Naufal, həmçinin yazıb ki, 43 faiz amerikalı hər iki partiyanı rədd edir, 56 faiz sorğu iştirakçısının isə İ. Mask barəsindəki fikirləri müsbətdir.
Onların arasında 72 faiz respublikaçı, 34 faiz demokrat respondent yer alıb.
Qeyd edək ki, İlon Mask ölkədə yeni siyasi partiyanın yaranmasına ehtiyac olduğunu açıqlayıb.
Oxşar xəbərlər
İlon Mask: ABŞ-da yeni siyasi partiyaya ehtiyac var
İlon Mask: Cinayətkarların böyük əksəriyyəti Demokratlara səs verir
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
İlon Mask: “Starship”in Marsa ilk pilotsuz uçuşları iki ildən sonra planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
