Xarkova PUA hücumu nəticəsində 2 nəfər ölüb, 11 yaralı var
sizinxeber.az xəbər saytı

Xarkova PUA hücumu nəticəsində 2 nəfər ölüb, 11 yaralı var


Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında bildirib.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 11-nin yaralandığı deyilir.

Sinegubov qeyd edib ki, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.

Qeyd olunur ki, PUA hücumu nəticəsində 14 yaşayış binası, idman kompleksi, stomatoloji klinika, kafe, 2 mağaza, qeyri-yaşayış binası və 4 avtomobilə ziyan dəyib.

Oxşar xəbərlər

Rusiya Xarkova ballistik raketlə zərbə endirib, ölən və yaralananlar var
Rusiyanın Xarkova hücumları nəticəsində yaralananların sayı 70-i ötüb - YENİLƏNİB
Xarkovda 7 yaşayış məntəqəsində təxliyə barədə qərar qəbul edilib
Xarkova kütləvi dron hücumu nəticəsində yaralananların sayı 45 nəfərə çatıb
Ukraynada Xarkov vilayətində hücumlar nəticəsində üç nəfər ölüb, 23 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər