Tramp Müstəqillik Günü ilə bağlı xalqa müraciət edib: Tək hədəf ordunun modernləşdirilməsidir
ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Günü münasibətilə Ağ Evdən xalqa müraciət edib.
"Sizinxeber.az" xəbər verir ki, o, büdcə barədə qanun layihəsinin imzalanmasını hərbi modernləşdirməyə doğru atılmış mühüm addım adlandırıb.
"Bu, tarixin ən mühüm hərbi modernləşdirmələrindən biri olacaq. Birinci dövrümüzdə biz ordumuzu yenidən qurduq, indi isə silahlı qüvvələrimizi modernləşdirəcək və yenidən təchiz edəcəyik. Ölkəmizin hər yerində böyük "Qızıl günbəz" tikəcəyik", - o bildirib.
“Qızıl günbəz” Trampın təşəbbüsü ilə ABŞ-da inkişaf etdirilən raket əleyhinə müdafiə sistemidir. Prezidentin sözlərinə görə, Amerikaya zərər verməyə çalışan hər kəs bu sistemlə üzləşəcək.
ABŞ Konqresi ordunu maliyyələşdirmək üçün xərclər və vergi qanun layihəsini qəbul edib.
Qanun layihəsi əsas sahələri maliyyələşdirməklə ABŞ-nin müdafiə qabiliyyətini gücləndirməyə yönəlib: hərbçilərin həyat keyfiyyətinin yaxşılaşdırılması, hava hücumundan və raketdən müdafiə sistemlərinin inteqrasiyası, sursat təchizatı zəncirlərinin dayanıqlığının gücləndirilməsi, kibertəhlükəsizliyin və effektivliyin artırılması, döyüş hazırlığının artırılması, sərhəd təhlükəsizliyi və narkotiklərlə mübarizə missiyalarının dəstəklənməsi.
Oxşar xəbərlər
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib
Politico: Tramp “Qızıl günbəz” layihəsinin həyata keçirilməsi üçün 25 milyard dollar ayıracaq
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul edib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
