İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə iki seriya zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyasının hədəfi “Hizbullah”ın silahlı qanadının tərkibində fəaliyyət göstərən “Əziz” bölməsi tərəfindən istifadə edilən hərbi infrastruktur olub. Komanda mərkəzlərinə, kəşfiyyat infrastrukturuna, silah anbarlarına zərbələr endirilib.
İsrail hərbçilərinin məlumatına görə, “Əziz” bölməsi Sur rayonundan fəal şəkildə baza kimi istifadə edir və oradan İsrail ərazisinə atəş açır.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.
Oxşar xəbərlər
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”ın hərbi obyektlərinə hücumlar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











