İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib
İsrailin Müdafiə Ordusu Livanın Bekaa bölgəsində radikal “Hizbullah” hərəkatının strateji silah istehsalı və anbarı obyektinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
Hərbçilər bəyanatda qeyd ediblər ki, İsrail Ordusu "Hizbullah”ın ərazidə mövcudluğunu və fəaliyyətini bərpası cəhdlərini müəyyən edib. “Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində “Hizbullah”ın əlavə hərbi hədəflərinə də hücum olunub”, - nazirlik əlavə edib.
Mətbuat xidməti bildirib ki, “Hizbullah” yaraqlılarının belə fəaliyyəti və bu ərazilərdə silahların olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasını göstərir. “Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək" və "Hizbullah”ın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq", - Mətbuat xidməti vurğulayıb.
Oxşar xəbərlər
İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə hava zərbələri endirib
İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib
İsrail ordusu Livanda hədəflərə yeni zərbələr endirib
İsrail HHQ Livanda “Hizbullah”ın avtomobillərinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
