II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB-2


Müqəddəs Eçmiədzin monastırında vəziyyət gərginləşib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Ermənistan KİV-i xəbər verir.

Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları "təkcə din xadimlərini deyil, həm də media işçilərini təqib edirlər".

Qeyd olunub ki, MTX İrəvandan Müqəddəs Eçmiədzin monastırına yeni qüvvələr göndərib.

11:50

Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.

“Sizinxeber.az” Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.

11:25

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

Bu barədə “Sizinxeber.az” TASS-a istinadən məlumat verir.

Məlumata görə, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.

Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.

Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.

Oxşar xəbərlər

II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları II Qareginin iqamətgahı yaxınlığındadırlar
Ermənistan parlamentində dava düşüb
Paşinyan II Qaregini subaylıq andı və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb
İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle