Andrey Sibiqa: Avropa ölkələri Rusiyaya təzyiqi artırmalıdır
sizinxeber.az xəbər saytı

Andrey Sibiqa: Avropa ölkələri Rusiyaya təzyiqi artırmalıdır


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa ölkələrinə səslənərək Rusiyaya təzyiqin artırılmasını istəyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevdə sanksiyalar ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən nazir qeyd edib ki, Moskva bütün konstruktiv təklifləri, atəşkəsi, ABŞ-nin sülh səylərini rədd edib.

"Ciddi dağıdıcı sanksiyalar olmalıdır. Əsas müttəfiqlər və ölkələr arasında koordinasiya ilə dağıdıcı sanksiyalar tətbiq etməsək, sonra çox gec olacaq. Haaqada NATO-ya üzv ölkələrdən olan həmkarlarımla görüşdə hiss etdim ki, onlarda Rusiyadan gələn təhdidləri başa düşmək səviyyəsi artır. Həqiqətən də, biz hamımız müasir tarixin həlledici anındayıq. Avropa ya var olacaq, ya da yox. Bu, bizim indiki seçimimizdən asılıdır"- Ukrayna XİN rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Kaya Kallas: Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyir
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır
Andrey Sibiqa Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə edib
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər