İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
İsrailin İrana qarşı hərbi kampaniyası bitməyib, qarşıda yeni mərhələ var, lakin hazırda hərbçilərin diqqəti Qəzza zolağındakı döyüşlərə yönələcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir əməliyyat müşavirəsinin yekunlarına görə deyib.
Hərbi komandan deyib ki, İsrail mühüm mərhələni başa vurub: "İrana qarşı kampaniya hələ bitməyib. Biz indiki nailiyyətlər əsasında yeni mərhələyə qədəm qoyuruq".
Qeyd edək ki, iyunun 24-ə keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. İsrail bundan əvvəl İranın atəşkəsi pozaraq raketlər atdığını bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərargahı raket zərbəsi ilə bağlı məlumatı təkzib edib.
Oxşar xəbərlər
İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb
İsrail Ordusu: Hava hücumları başlayandan İranın 20-dən çox komandanı zərərsizləşdirilib
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb
İsrailin Baş naziri İrana yeni zərbələr endirəcəyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
