İsrail münaqişə başlayandan bəri Tehrana ən irimiqyaslı zərbələr endirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
22:30

İsrail münaqişə başlayandan bəri Tehrana ən irimiqyaslı zərbələr endirib

23 in, 2025
22:30
453

İsrail münaqişə başlayandan bəri Tehrana ən irimiqyaslı zərbələr endirib

İsrail bir neçə saat əvvəl münaqişə başlayandan bəri Tehrandakı hədəflərə ən böyük silsilə hücumlarını həyata keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.

“İsrail Ordusu bu dəfə İranın daxili təhlükəsizlik aparatının qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusunu hədəfə alıb", - Defrin qeyd edib.

Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın