sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İrandan gələn PUA-lara görə İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib
İran ərazisindən pilotsuz uçuş aparatlarının (PUA) buraxılması ilə əlaqədar İsrailin bir sıra bölgələrində hava hücumu həyəcanı elan edilib, sirenlər səslənib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İran ərazisindən İsrailə doğru göndərilən PUA-lar aşkar edildikdən sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib”, - bəyanatda deyilir.
Ordunun mətbuat xidmətindən vurğulanıb ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün müdaxilə və zərbə endirmək üçün tədbirlər görür.
Oxşar xəbərlər
İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib
İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib
İsrail Ordusu Yəməndən atəşə tutulub
İsrailin mərkəzi bölgələrində hava hücumu xəbərdarlığı elan edilib
İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












