Rutte: NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdır
NATO-nin baş katibi Mark Rutte NATO üzvü olan ölkələrdə müdafiə xərclərinin artırılmasının zəruriliyini bildirib.
APA xəbər verir ki, o, bu haqda Brüsseldə mətbuat konfransında danışıb.
Onun fikrincə, müttəfiqlər Rusiyadan gələn təhlükəni və Çinin güclənməsini nəzərə alaraq müdafiə xərclərinin artırılmasının vacibliyini başa düşürlər.
"Biz fərqli bir dünyada yaşayırıq. Biz daha təhlükəli bir dünyada yaşayırıq. Almaniyanın müdafiə naziri bir neçə gün əvvəl 2029-cu ilə qədər rusların NATO-ya uğurlu hücum təşkil etmək gücündə olacaqlarını demişdi. Mən alyansın 24-25 iyunda Haaqada keçiriləcək sammitində müdafiə xərcləri üçün ÜDM-nin 5%-ni təşkil edəcək ümumi maliyyə planı təklif edəcəyəm", - Rutte qeyd edib.
O həmçinin bu gün alyans ölkələrinin təhlükəsiz olduqlarını, lakin müdafiə xərclərini artırmayacaqları təqdirdə, yaxın gələcəkdə təhlükəsiz olmayacaqlarını bildirib.
Ruttenin təklifinə əsasən ÜDM-nin 3,5%-i əsas müdafiə xərclərinə, 1,5%-i isə infrastruktur və sənaye kimi müdafiə və təhlükəsizliklə bağlı digər xərclərə ayrılacaq.
Oxşar xəbərlər
NATO Baş katibi Pentaqonun yeni rəhbəri ilə telefon danışığı aparıb
Pit Heqset: NATO üzvü ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsində artırmaq öhdəliyi qəbul ediləcək
Rutte NATO-nu müharibənin qarşısını almaq üçün müdafiə xərclərini artırmağa çağırıb
Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir
NATO-nun baş katibi Rutte: Bizə daha çox silah lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













