NATO-nun baş katibi Rutte: Bizə daha çox silah lazımdır
NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
APA xəbər verir ki, Rutte bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.
NATO-nun baş katibi bildirib ki, ABŞ-dan Türkiyəyə qədər bütün NATO ərazisində daha çox silaha ehtiyac var.
O, Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.
"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur. Bizə əlavə istehsal xətləri, daha çox döyüş sursatı, Leopard 2 tankı, F-35 döyüş təyyarəsi və NATO ərazisində daha çox silah lazımdır. Onda heç vaxt bizə hücum edə bilməzlər", - Rutte deyib.
Oxşar xəbərlər
NATO Baş katibi müharibəyə hazırlığa çağırıb
NATO Baş katibi Almaniyada səfərdədir
NATO Baş katibi Pentaqonun yeni rəhbəri ilə telefon danışığı aparıb
NATO Baş katibi Gürcüstan hökumətinə çağırış edib
NATO Baş katibi: Müharibənin bitməsinin ən sürətli yolu Ukraynaya silah verilməsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













