Zelenski ötən gecə Ukraynaya hücum edən PUA-ların çoxunun İran istehsalı olduğunu açıqlayıb
Ötən gecə Ukraynaya Rusiya tərəfindən hava hücumu ilə bağlı çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.
APA “unian”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, eyni zamanda, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb: “Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Ümumilikdə 14 ballistik raket atılıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var".
O, PUA-ların çoxunun İran istehsalı olan “Şahed” dronları olduğunu bildirib.
Qeyd olunub ki, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.
Oxşar xəbərlər
Xarkov və Dnepr şəhərləri "Şahed" dronlarının kütləvi hücumuna məruz qalıb
Rusiya "Şahed" dronları ilə Odessa şəhərinə kütləvi hücumlar təşkil edib
Zelenski: Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub
Rusiya Kiyevə ballistik raketlər və kamikadze dronlarla hücum edib, yaralananlar var - YENİLƏNİB
Rusiya ötən gecə Ukraynayda raket və PUA ilə 17 hədəfə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













