NATO Baş Qərargah rəislərinin görüşü gələn il yanvarın 15-16-da keçiriləcək
NATO-nun ali hərbi orqanı olan Hərbi Komitənin 2025-ci il 15-16 yanvar tarixlərində Brüsseldə iclası olacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.
Bildirilib ki, Alyansın müdafiə rəisləri NATO-nun tərəfdaş ölkələrindən olan 20-dən çox həmkarı ilə görüşəcəklər.
İclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. Tədbir NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Kristofer Kavoli və Müttəfiqlərin Ali Baş Transformasiya Komandanı (SACT) admiral Pierre Vandier tərəfindən dəstəklənəcək.
Görüş çərçivəsində müdafiə rəisləri Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə edəcək, eyni zamanda, tərəfdaşlarla əməkdaşlığa və qlobal çağırışlara vahid cavab tədbirlərinə diqqət yetirəcəklər.
Həmçinin NATO-nun davam edən missiyaları və Ukraynaya dəstək müzakirə olunacaq.
NATO-nun Baş katibi Mark Rutte Alyansın əsas prioritetləri və çağırışlarına diqqət çəkmək üçün açılış sessiyasına qatılacaq.
Oxşar xəbərlər
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
General: NATO Rusiya ilə müharibə istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts NATO-nun Baş katibi ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











