Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib.
APA xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında yazıb.
"Bununla belə, bu gün hava həyəcanı siqnalları olmadı. Deməli, bu, əldə olunmuş və davam etdirməsi ən asan olan bir sakitlik formatıdır. Ukrayna, mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir. Əgər Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq.", - Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
Zelenski: Rusiyaya qarşı sanksiyaların ləğvi diplomatiya üçün fəlakət olar
Zelenski: HHM sistemləri və hərbi aviasiya işlək vəziyyətə gətirilib
Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













