Çin diplomatları Aİ-dən Ukraynaya göndəriləcək sülhməramlı qüvvələrə qoşulmaq istəyir
sizinxeber.az xəbər saytı

Çin diplomatları Aİ-dən Ukraynaya göndəriləcək sülhməramlı qüvvələrə qoşulmaq istəyir



Çin diplomatları Avropa İttifaqının (Aİ) Ukraynaya göndərilməsi planlaşdırılan sülhməramlı qüvvələrə qoşulmaq imkanını nəzərdən keçirir.

Sizinxeber.az xəbər verir ki, bu barədə "WELT" məsələ ilə tanış olan Aİ diplomatik dairələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Çin tərəfinin bu təşəbbüsü Rusiyanın sülh prosesinə yaxınlaşmasını hədəfləyir. Aİ diplomatları da eyni məqama diqqət yetirirlər.

Çinli diplomatlar Aİ-nin bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışır və ittifaqın belə bir təşəbbüsü qəbul edib-etməyəcəyini, yaxud bunun xüsusi olaraq arzuolunan olub-olmadığını nəzərdən keçirir.

“Çinin sülhməramlı qüvvələrə daxil olması Rusiyanın Ukraynada sülhməramlı qoşunları qəbul etməsini potensial olaraq artıra bilər. Hər halda məsələ “incədir” – çünki Çin Rusiyanın yaxın müttəfiqidir”, - Brüsseldəki diplomatik dairələr bildiriblər.

Oxşar xəbərlər

WSJ: Fransa və Britaniya Ukraynaya 30 min sülhməramlı yerləşdirməyi planlaşdırır
Rəsmi Moskva Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsini istisna edib
İsveçrə Ukraynaya sülhməramlı göndərmək sorğusunu nəzərdən keçirə bilər
Almaniya Ukraynaya sülhməramlılar göndərə bilər
Tusk: Polşa atəşkəsdən sonra belə öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər