sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə iki mütəşəkkil cinayət dəstəsinə qarşı əməliyyat keçirilib, 64 nəfər şübhəli saxlanılıb
İstanbulda və Manisada iki ayrı mütəşəkkil fırıldaqçı cinayət təşkilatına qarşı keçirilən əməliyyatlarda 64 şübhəli tutulub.
APA NTV-yə istinadən xəbər verir ki, "Hücre-8" əməliyyatları ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, şübhəlilərdən 19-u həbs edilib, 41-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində, təxminən, 5 milyard lirə dəyərində torpaq sahəsi, ev, bank hesabı, avtomobil, sənədsiz tapançalar ələ keçirilib.
Oxşar xəbərlər
Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 95 şübhəli saxlanılıb
İstanbulda İŞİD-ə dəstək verən 46 şübhəli saxlanılıb
Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib, 30 şübhəli saxlanılıb
Türkiyədə iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, 157 şübhəli saxlanılıb
Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 20 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













