Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib, 30 şübhəli saxlanılıb
Türkiyənin iki əyalətində “Kuyu-31” adı altında mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyat nəticəsində 30 şübhəli saxlanılıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.
Məlumata görə, onlar müxtəlif cinayətkar qruplara üzv olublar.
Bildirilib ki, şübhəlilər zor tətbiq etmək, hədə-qorxu gəlmək, biznesmenlərin iş yerlərinə atəş açmaq, zərərçəkmişləri silahlı hədə-qorxu ilə veksel imzalamağa məcbur etmək, silahla sövdələşmək, cinayət törətmək məqsədilə təşkilat yaratmaq, silahla qəsdən xəsarət yetirmək, qanun pozuntusuna yol verməklə əyləncə məkanlarını ələ keçirməyə cəhd ediblər. Onlara qarşı vergidən yayınmaq, talama, qanunsuz sələmçilik, şantaj və hədə-qorxu gəlmək kimi maddələrlə istintaq başlayıb.
"Biz istənilən şəkildə mütəşəkkil cinayətkar təşkilatları məhv edəcəyik”, - Ə.Yerlikaya vurğulayıb.
Məlumata əsasən, əməliyyat tədbirləri nəticəsində 8 sənədsiz tapança, 4 sənədsiz tüfəng, 7 kəsici-deşici alət, müxtəlif miqdarda narkotik vasitə və çoxlu çek, əskinaslar götürülüb.
Oxşar xəbərlər
Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib, şübhəlilər istintaqa cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
