ABŞ İrana yeni zərbələr endirməyə başladı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
iy
2026
02:19
ff

ABŞ İrana yeni zərbələr endirməyə başladı

13 iy, 2026
02:19
920

ABŞ İrana yeni zərbələr endirməyə başladı

ABŞ hərbçiləri iyunun 12-dən 13-nə keçən gecə İrandakı obyektlərə növbəti zərbələr endirməyə başlayıblar.

Sizinxeber.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Şərq sahili vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 01:00 - red.) CENTCOM qüvvələri İranın Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə əlavə zərbələr endirməyə başlayıb. Əmr Silahlı Qüvvələrin ali baş komandanı tərəfindən verilib", - deyə məlumatda bildirilir.

Bu fonda "Fars" agentliyi İranın cənubundakı Bəndər-Abbas və Sirik liman şəhərlərinin ətrafında 10-dan çox partlayışın baş verdiyini xəbər verib. Öz növbəsində İran Dövlət Televiziya və Radio Şirkəti Keşm adasında və Cask şəhəri ətrafında da partlayışlar barədə məlumat yayıb. Hadisələrin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul