Aİ  Gürcüstanda baş verən son hadisələri müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Aİ Gürcüstanda baş verən son hadisələri müzakirə edəcək


Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Gürcüstanda baş verən son hadisələr müzakirə olunacaq.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə AI Şurası məlumat yayıb.

Bildirilib ki, iclasa Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sədrlik edəcək.

“Xarici İşlər Şurası son hadisələrə, təhlükəsizlik və müdafiə sahələrində sürətlə dəyişən vəziyyətə diqqət yetirərək cari məsələləri müzakirə edəcəklər. Nazirlər Moldova və Gürcüstanda baş verən hadisələrə də toxunacaqlar” - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Aİ XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Hakan Fidan Kaya Kallas ilə telefon danışığı aparıb
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
İsrailin XİN başçısı Aİ rəsmisi ilə Suriyadakı vəziyyəti müzakirə edib
Aİ Kiyevə yardım və Rusiyaya qarşı yeni tədbirləri müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər