Aİ Kiyevə yardım və Rusiyaya qarşı yeni tədbirləri müzakirə edəcək
Ukraynadakı münaqişə və bununla bağlı bütün məsələlər Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirlərinin 2025-ci ildə Brüsseldə keçiriləcək ilk görüşündə diqqət mərkəzində olacaq.
APA xəbər verir ki, bir gün əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə hərbi yardımın artırılmasında israrlı olacaq.
Ukrayna ilə bağlı müzakirələr çərçivəsində XİN rəhbərləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə və Rusiyaya qarşı 16-cı sanksiyalar paketini müzakirə edəcəklər.
Xarici işlər nazirlərinin görüşünün digər əsas mövzusu Prezident Donald Tramp dövründə Aİ-ABŞ münasibətləri olacaq.
Nəhayət, görüşün üçüncü mövzusu Yaxın Şərqdəki vəziyyət, xüsusilə Qəzza və Suriya ilə bağlı olacaq.
Aİ sözçüsü bildirib ki, nazirlər Dəməşqə qarşı sanksiyaların mərhələli şəkildə ləğvini müzakirə edəcəklər.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləmək niyyətindədir
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Hakan Fidan Kaya Kallas ilə telefon danışığı aparıb
Aİ XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












