Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək
sizinxeber.az xəbər saytı

Böyük Britaniya Ukraynaya 30 min ədəd PUA göndərəcək


“Böyük Britaniya Ukraynaya 30 min ədəd pilotsuz uçuş aparatı (PUA) göndərəcək”.

APA xəbər verir ki, bu barədə informasiya krallıq hökumətinin rəsmi internet saytında yerləşdirilib.

Bildirilib ki, Böyük Britaniya və Latviya birgə müəssisəsinin istehsal etdiyi PUA-larla bağlı müqavilənin həcmi 45 milyon funt-sterlinq təşkil edir.

Layihənin maliyyələşdirilməsini Birləşmiş Krallıqla yanaşı, Danimarka, Niderland, Latviya və İsveç hökumətləri həyata keçirəcək.

Ukraynaya hərbi dəstək məqsədilə yaradılmış fond hazırda 73 milyon funt-sterlinq əlavə vəsait cəlb edib. Sözügedən maliyyə institutuna indiki məqamadək Danimarkan 67, Norveç 59, Portuqaliya 43, İsveç 20, eləcə də dənizdə hərbi əməliyyatlara hazırlıq üçün Almaniyadan və İslandiyadan ümumilikdə 5 milyon funt-sterlinq köçürülüb.

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya 286 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb
Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb, Rusiyaya sanksiyalar tətbiq edib
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib
Britaniya Ukraynaya dəniz yardımı üçün 155 milyon dollar ayıracaq
Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 2,26 milyard funt sterlinq verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər