Muxtariyyətin Baş naziri: Qrenlandiya Danimarkadan ayrılaraq müstəqil olmalıdır
sizinxeber.az xəbər saytı

Muxtariyyətin Baş naziri: Qrenlandiya Danimarkadan ayrılaraq müstəqil olmalıdır


Danimarkanın tərkibində muxtariyyət statusuna malik Qrenlandiyanın Baş naziri Mute Eqede müstəqillik istədiklərini bəyan edib.

Sizinxeber.az-nın DW-yə istinadən verdiyi xəbərə görə, Mute Eqede deyib ki, Danimarka Krallığı ilə əməkdaşlıqları tam bərabərliyin təmin olunmasına gətirib çıxarmayıb.

“Əgər biz bundan sonra da Danimarka Konstitusiyasından çıxış etsək, bərabərhüquqlu əməkdaşlığa nail olmaq mümkün olmayacaq. Bizim digər ölkələrlə əməkdaşlığımız və ticarət əlaqələrimiz yalnız Danimarka üzərindən davam edə bilməz. Son illər Qrenlandiya parlamenti və hökuməti əsas məqsədi Danimarkadan ayrılmaq olan Konstitusiyamızın hazırlanması istiqamətində addımlar atmaq üçün birgə çalışıb”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Qrenlandiya dünyada ən böyük adadır.

Oxşar xəbərlər

Qrenlandiyanın baş naziri : Ada müstəqillik qazanmaq üçün səy göstərməlidir
Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib
Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb
Qrenlandiya polisi tanınmış ətraf mühit fəalını həbs edib
Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle