Qrenlandiyanın baş naziri : Ada müstəqillik qazanmaq üçün səy göstərməlidir
sizinxeber.az xəbər saytı

Qrenlandiyanın baş naziri : Ada müstəqillik qazanmaq üçün səy göstərməlidir


Qrenlandiyanın Baş naziri Mute Egede hesab edir ki, ada Danimarkadan müstəqillik əldə etmək üçün səy göstərməlidir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O, bu barədə yeni illə bağlı çıxışında qeyd edib: "Tarix və indiki şərtlər göstərdi ki, Danimarka ilə əməkdaşlığımız tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb. Müstəqillik haqqında qərarı Qrelandiya xalqı verməlidir".

Lakin siyasətçi səsvermənin nə vaxt keçiriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində olduğu vaxt – 1979-cu ildə muxtariyyət əldə edib. 2009-cu ildə isə ada özünüidarə hüququ alıb. Kopenhagen yalnız Qrenlandiyanın xarici siyasəti və müdafiə məsələləri üzərində nəzarəti əlində saxlayıb.

Adada müstəqillik hərəkatı son illər daha da sürətlənib.

Oxşar xəbərlər

Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrenlandiya polisi tanınmış ətraf mühit fəalını həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Bütöv və suveren Azərbaycanımıza şanlı tarix, əbədi müstəqillik yolu arzu edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Hindistanı Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər