Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib.
APA-nın xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Bildirilib ki, məhdudiyyətlər əsasən Rusiyanın hərbi gücü və hərbi-sənaye kompleksinin zəiflədilməsinə istiqamətlənib.
Budəfəki məhdudiyyətlər siyahısına Rusiya-Ukrayna müharibəsinə bu və ya digər şəkildə dəstək olan 54 fiziki və 30 hüquqi şəxsin adları daxil edilib. Hüquqi şəxslər arasında həm adıçəkilən ölkənin, həm də İran, Çin Hindistan, Serbiya və BƏƏ-nin hərbi sənaye sahəsində fəaliyət göstərən nəhəng korporasiyaları yer alıb.
Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu addımın Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olduğunu bildirib:
“Əsas məqsədimiz Rusiyanın hərbi maşınını zəiflətmək, eləcə də onun addımlarına dəstək olan Çin tərəfinə məhdudiyyətlər tətbiq etməkdən ibarətdir. Budəfəki addım Avropa İttifaqına üzv dövlətlərin Ukraynaya dəstəyi davam etdirməkdə qərarlı olduğunu göstərir. Biz siyasi, iqtisadi, hərbi, diplomatik və humanitar cəhətdən hər zaman Ukrayna xalqının yanındayıq” – deyə, K. Kallas əlavə edib.
Oxşar xəbərlər
KİV: Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken yeni sanksiyaların hədəflərini açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












