

Blinken yeni sanksiyaların hədəflərini açıqlayıb - YENİLƏNİB
ABŞ hökuməti Rusiyanın Ukraynada müharibə aparmasına kömək etdiyinə görə 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə və enerji sektoruna qarşı yönəlib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Bu tədbirlər Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib”, - Blinken bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər çoxsaylı üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşı yönəlib.
ABŞ hökuməti Rusiyanın 30-dan çox fiziki, 360-dan çox hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, sanksiya tətbiq olunan şirkətlər əsasən Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli şirkətlər və müəssisələr, konstruktor büroları və elmi-tədqiqat institutlarıdır.
Siyahıda, həmçinin “Mordoviyanın Pilotsuz Texnologiyaları”, “Arsenal” Elmi-Texniki Mərkəzi, “Rusiya Hava Nəqliyyatı Laboratoriyası”, eləcə də Moskva Aviasiya İnstitutu var.
Sanksiya siyahısına Rusiya şirkətləri ilə yanaşı, xarici hüquqi şəxslər, o cümlədən Çin, Türkiyə, İsveçrə və Özbəkistandan olan hüquqi şəxslər də daxil edilib.
Maliyyə Nazirliyindən qeyd edilib ki, sanksiyalar Rusiya hərbi-sənaye kompleksi üçün texnologiya və mal tədarükçülərinə, eləcə də əvvəllər tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısının alınmasına yönəlib.
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
ABŞ Rusiyanın fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq edib
ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib
Rəsmi London İranın beş fiziki və iki hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
