Aİ Gürcüstanda baş verənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

Aİ Gürcüstanda baş verənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir


Aİ son 12 gündə Gürcüstanda baş verən hadisələrə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ittifaqın Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında deyib.
Herçinskinin sözlərinə görə, konkret kateqoriyalı pasportlar üçün vizasız gediş-gəlişin dayandırılması qərarının qəbul edilməsi ehtimalı var.

“Üzv dövlətlərin nə qərar verəcəyini görəcəyik. Konkret kateqoriyalı pasportlar üçün vizasız gediş-gəlişin dayandırılması ehtimalı var. Biz həmişə demişik ki, əhaliyə zərər vurmaq istəmirik. Biz Avropa dəyərlərinə sadiqliyinə görə nümayiş keçirən, Tbilisi və bir çox başqa şəhərlərin küçələrində Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran insanları cəzalandırmaq istəmirik. Biz zorakılıq və qəddarlığa görə məsuliyyət daşıyan hökumətə səssiz qala bilmərik, üzv dövlətlər bu barədə bazar ertəsi qərar verəcəklər", - deyə səfir bildirib.

Oxşar xəbərlər

Aİ Gürcüstanda son başverənlərə cavab olaraq vizasız səyahət rejiminin dayandırılmasını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niderland Aİ-ni Gürcüstanla vizasız səyahət rejimini dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər