Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır
“Sanksiyaların tətbiq edilməsi asan qərar deyil, bu, bütün Avropa İttifaqı (Aİ) üzvlərinin yekdil qərarını tələb edir, vizasız gediş-gəlişin dayandırılması isə yekdil qərar tələb etmir. Bu, təhdid deyil sadəcə reallıqdır”.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Gürcüstanla vizasız rejimin mümkün dayandırılmasına dair suala cavabında deyib.
Diplomat qeyd edib ki, Gürcüstanın viza rejiminin liberallaşdırılması zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyinə nəzarət etmək və yerinə yetirilmədiyi təqdirdə buna reaksiya vermək Aİ-nin və Avropa Şurasının vəzifəsidir.
“Keçmişdə seçkilərin azad və ədalətli keçirilmədiyi və bizim, Aİ-nin sanksiyalar da daxil olmaqla, müxtəlif tədbirlər görməkdən başqa çarəmiz qalmamasına dair nümunələr olub. Sanksiyaların tətbiqi asan deyil, çünki bu, Aİ-nin bütün üzvlərinin birgə qərarını tələb edir, lakin, məsələn, vizasız gediş-gəlişin dayandırılması yekdil qərar tələb etmir”, - Herçinksi deyib.
Səfir Gürcüstanın götürdüyü öhdəliklərə azadlıq, demokratiya, qanunun aliliyi, azlıqların hüquqlarının qorunması kimi məsələlərin daxil olduğunu əlavə edib.
Oxşar xəbərlər
Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Aİ Gürcüstanla vizasız rejimin dayandırılması barədə qərar verə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












