Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də baş tutacaq
Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də baş tutacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. O, Prezident Salome Zurabişvilinin parlamentin iclasını çağırmadığı təqdirdə konstitusiyanı növbəti dəfə pozacağını, lakin parlamentin hər bir halda toplanacağını qeyd edib.
“Parlamentin ilk iclasına gəlincə, bildiyiniz kimi, son tarixlər Gürcüstan Konstitusiyası ilə müəyyən edilib. Güman edirik ki, Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə Gürcüstan Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstanın müxalifət partiyaları parlamentin legitimliyini və 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər
Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti yenidən müzakirə ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












