MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabrda keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 53,93% səslə seçkilərin qalibi olub.
Bununla da partiya Gürcüstanın 150 yerlik 11-ci çağırış parlamentində 89 mandata sahib olaraq çoxluq statusunu saxlayıb.
Qeyd edək ki, MSK-nin nəticələrin elan edildiyi iclasında insident baş verib. Müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Davit Kirtadze MSK sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya atıb. Bundan sonra iclas müvəqqəti təxirə salınıb. MSK sədri daha sonra gözü sarıqlı vəziyyətdə zala qayıdaraq iclası davam etdirib. O, baş verən insidentə görə ictimaiyyətdən üzr istəyib.
Oxşar xəbərlər
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib
“Gürcü arzusu” 55,3% səslə seçkilərdə liderdir - YENİLƏNİB
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
“Gürcü arzusu” 54,24% səslə seçkilərdə liderdir - YENİLƏNİB 2
Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












