Zelenski Kulebanın istefasına aydınlıq gətirib
“Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı”.
Sizinxeber.az-nın “UNIAN”a istinadən xəbərinə görə, bunu hakim “Xalqın Xidmətçisi” partiyasının iclasında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ukrayna lideri bildirib ki, keçmiş ədliyyə naziri D.Malyuskanın yeni vəzifəsini açıqlaya bilməz. Bununla yanaşı, prezidentin sözlərinə görə, ədliyyə naziri postundan onun özü ayrılmaq istəyib.
V.Zelenski eyni zamanda Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın işindən razılıq ifadə edib.
Toplantıda müzakirə edilən məsələlər arasında ölkəni tərk edən ukraynalıların geri qaytarılması ilə məşğul olacaq nazirliyin yaradılması da olub.
Bununla belə, bu quruma rəhbərlik edəcək şəxsin adı açıqlanmayıb.
Oxşar xəbərlər
Ukrayna xarici işlər naziri Kuleba istefa ərizəsi yazıb - FOTO
Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Ukrayna XİN başçısı Çinə səfər edəcək
Zelenski nazirləri işdən çıxarmasının səbəblərini açıqlayıb
Zelenski hökumətdəki kadr islahatlarına aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













