NATO Ermənistanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub.
APA xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat paylaşılıb.
Bildirilib ki, İrəvanda olarkən Yanuş Adamçak, hərbi rəhbərlər və yüksək vəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub.
“Biz Ermənistanın son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəltməsini alqışlayırıq. Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir”, - deyə Yanuş Adamçak bildirib.
O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub
NATO Baş katibi: Müharibənin bitməsinin ən sürətli yolu Ukraynaya silah verilməsidir
Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək
Paşinyan: "Ermənistanda NATO-ya daxil olmaq məsələsi müzakirə edilmir"
Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













