Ukrayna XİN: Suverenliyimiz və ərazi bütövlüyümüz kompromis mövzusu deyil
“Financial Times” nəşrinin guya yeni xarici işlər naziri Andrey Sibiqanın ABŞ ilə Rusiya-Ukrayna münaqişəsində güzəştləri müzakirə etdiyi barədə yazısı həqiqəti əks etdirmir”.
APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin məlumatında bildirilib:
“Bu cür yanlış informasiyanın yayılmasının hansı qüvvələrə fayda verə biləcəyi də bizim marağımızda deyil”.
Nazirlik, həmçinin yazı müəllifinin guya Nyu-Yorkda keçirilən görüşdə iştirakı barədə fikirlərini də təkzib edib. Bildirilib ki, müzakirələrin heç birində kompromis gündəmə gətirilməyib:
“Nazirin güzəştlərlə bağlı fikirlərində hər hansı dəyişiklik yoxdur. O bu məsələdəki mövqeyini bağlı qapılar arxasında dəfələrlə qeyd edib. Ukraynanın suverenliyi və ərazi bütövlüyü kompromis mövzusu deyil”.
Qeyd edək ki, “Financial Times” nəşrində Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ölkəsinin tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna münaqişəsində güzəştlərlə bağlı müzakirələr apardığı barədə məqalə dərc olunub.
Yazıda A. Sibiqanın sələfi Dmitri Kulebadan fərqli olaraq hadisələrə daha praqmatik yanaşan bir diplomat olduğu qeyd edilib.
Oxşar xəbərlər
KİV: Ukraynanın yeni XİN başçısı tərəfdaşlarla Rusiya-Ukrayna münaqişəsində güzəştləri müzakirə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiya ilə Çinin bir-birinə qarşı ərazi iddiası yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












