Martinika adasında vəziyyət gərginləşib, Fransa əraziyə xüsus təyinatlılar yeridib
Fransa hakimiyyəti Karib dənizindəki Martinika adasındakı iğtişaşlardan sonra ötən həftənin sonunda ərziyə xüsusi təyinatlı polis dəstələri göndərib.
APA-nın “Euronews”a istinadən xəbərinə görə, bu qərar ərazinin rəhbəri For-de-Frans, Le Lamenten, Dyuko və Le-Rober bələdiyyələrində bazar ertəsinədək bütün etirazların qadağan edildiyini və komendant saatının tətbiq olunduğunu elan etdikdən sonra qəbul olunub.
Xatırladaq ki, ötən həftə həmin ərazilərdə həddindən artıq inflyasiya və bahalaşma səbəbindən başlayan etirazlarda altısı polis olmaqla, ümumilikdə yeddi nəfər yaralanıb, bir neçə mağaza qarət olunub.
Polis gözyaşardıcı qazdan istifadə edib. Yerli əhali bu addımı narazılıqla qarşılayıb və dinc etirazlar yenidən başlayıb.
Əraziyə 1959-cu ildən fəaliyyəti qadağan olunan və sonuncu dəfə 2009-cu ildə Qvadelupe regionuna cəlb edilən xüsusi polis qüvvələri gətirilib.
Martinika adasının Sosialist Partiyasının təmsilçisi Beatris Belle regionda vətəndaş yox, sosial xarakterli müharibənin getdiyini bildirib və Fransa hakimiyyətini etirazçılarla dialoqa çağırıb.
O bildirib ki, zorakılıq regionda vəziyyəti daha da gərginləşdirəcək.
Oxşar xəbərlər
KİV: Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib
Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatının vaxtını uzadıb
Fransa polisi Martinikdəki etirazları yatırmaq üçün xüsusi qüvvə göndərəcək
Şəmkirdə bir nəfər Kürdə batıb
Fransa nümayişləri yatırtmaq üçün xüsusi təyinatlıları Martinikaya göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













